Bank Of Baku

Böyük Vətən Müharibəsi zamanı Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib

Böyük Vətən Müharibəsi zamanı Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib
# 06 may 2008 13:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Böyük Vətən Müharibəsi zamanı Azərbaycan ön cəbhənin ehtiyacları üçün 75 milyon ton neft göndərib. Həmin illərdə Azərbaycanda 130-dan artıq adda silah və hərbi texnika, 300 min ton taxıl və pambıq istehsal olunub”. APA-nın məlumatına görə, bunu Böyük Vətən Müharibəsində qələbənin 63-cü ildönümünə həsr olunmuş dəyirmi masada çıxışında müharibə veteranı, birinci dərəcəli kapitan Aleksandr Qritsenko deyib. O, azərbaycanlı döyüşçülərin bütün cəbhələrdə vuruşduğunu bildirib: “Şərəfli döyüş yolu keçmiş 77, 223, 402 və 416-cı diviziyalar Azərbaycan xalqının fəxridir”. Tədbirdə Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Svetlana Kosinçikova səfirin veteranlara ünvanlanmış təbrikini oxuyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR