Bank Of Baku

İdris Quliyev: “Rəsul Quliyev bizim yaşadığımız evləri əlimizdən almağa, digər övladlarımı həbs etdirməyə çalışır”

İdris Quliyev: “Rəsul Quliyev bizim yaşadığımız evləri əlimizdən almağa, digər övladlarımı həbs etdirməyə çalışır”
# 15 may 2008 10:06 (UTC +04:00)
Çox təəssüflər olsun ki, bu adamlar mənim xəbərdarlığımdan lazımı nəticə çıxarıb, qanunsuz əməllərinə son qoymadılar”. Bunu APA-ya göndərdiyi elektron məktubunda eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin bacısının həyat yoldaşı İdris Quliyev yazıb. R. Quliyevin agentliyə verdiyi son müsahibəsində özünün və ailəsinin ünvanına yönəlmiş ittihamları ilə razılaşmayan İ. Quliyev eks-spikeri “öz adını başqalarına qoymaqda” ittiham edir: “Mənim və bir vaxtlar ona inanmış minlərlə adamın bu gün daha çox mənəvi haqqı var ki, ondan özünün və lideri olduğu partiyanın iqtidara yarınmasının arxasında nə dayandığını soruşsun. Bu yarınma Rəsul Quliyevin son müsahibəsində də açıq-aydın hiss olunur”.
“Bizim hakimiyyətlə heç vaxt heç bir problemimiz olmayıb və yoxdur” deyən İ. Quliyev daha sonra vurğulayıb ki, bu problemi R. Quliyev yaradıb: “10 ildən çoxdur ki, onun səhv siyasətinin girovuna, qurbanına çevrilmişik, təqiblərlə, təzyiqlərlə üzləşmişik, həyatımız normal axarından çıxıb. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycanda hələ heç bir siyasətçi öz qohum-əqrəbasını bu dərəcədə siyasi ambisiyasının qurbanına çevirməyib. Sözsüz ki, heç bir siyasətçi uğursuzluqdan sığortalanmayıb. Təəssüf ki, Rəsul Quliyev düçar olduğu uğursuzluğu öz səhv siyasətinin məntiqi nəticəsi kimi qəbul etmək əvəzinə, qohumlarının timsalında səbəbkar axtarır. Elə bunun üçün də bizim ailəni hədəf götürüb”.
İ. Quliyev iddia edib ki, R. Quliyev yenə də onun ailəsinə qarşı planlar cızaraq, onları təzyiq altında saxlamağa, yaşadıqları evləri əllərindən almağa, digər övladlarını həbs etdirməyə çalışır: “Bu yaxınlarda Rəsul Quliyevin dəstə üzvləri ilə internet yazışmaları naməlum şəxslər tərəfindən bizə ötürülüb. Məndə olan məlumata görə, dəstə üzvlərindən biri əməllərindən peşman olub və özünü sığortalamaq üçün belə addım atıb. Bu adamların məktubları nə vaxtsa mətbuata çıxaracağı da istisna deyil. Həmin yazışmalar əyani şəkildə təsdiq edir ki, ailəmizə qarşı törədilən qeyri-qanuni əməllərin başında Rəsul Quliyev dayanır, planlar onun tərəfindən cızılır, göstərişlər onun tərəfindən verilir. Yazışmalardan məlum olur ki, o, göstərişlərini əsasən qardaşı Telman Quliyevə, biznes ortağı Cahangir Quliyevə, ACP sədrinin müavini Fərəməz Cavadova və hələlik adlarını çəkmək istəmədiyim digər şəxslərə verir. Yazışmalar təsdiq edir ki, Beynəlxalq Bankın Səbayel filialında gəlinim Almaz Namiq qızı Quliyevanın adına depozitə qoyulmuş 514 min manat pul məhz Rəsulun göstərişi ilə mənimsənilib, məhz onun göstərişi ilə bu cinayəti ört-basdır etmək, bizim ailəni təzyiq altında saxlamaq, susdurmaq məqsədi ilə oğlum Elbrus həbs etdirilib. İndi Rəsul hər şeyin üzə çıxdığını, əməllərinin faş olduğunu görüb, canfəşanlıq etmək istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR