Bank Of Baku

Avqust-sentyabrda Diplomatik Akademiyanın binasının tikintisinə başlanacaq

Avqust-sentyabrda Diplomatik Akademiyanın binasının tikintisinə başlanacaq
# 15 may 2008 11:21 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu ilin avqust-sentyabr aylarında Azərbaycan Diplomatik Akademiyasının binasının inşasına başlanacaq. APA-nın məlumatına görə, bunu akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, akademiya yeni salınacaq Dədə Qorqud parkının ərazisində yerləşəcək: “Hazırda texniki məsələlər həll olunur”. H. Paşayev hesab edir ki, akademiya müasir standartlara cavab verməlidir və bunun üçün də kamil layihə hazırlanmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR