Bank Of Baku

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri dəyişdirilib

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri dəyişdirilib
# 15 may 2008 12:32 (UTC +04:00)
O, bu postda beş il çalışmış Kristian Ştrohalı əvəzləyəcək. Lenarçik öz səlahiyyətlərinin icrasına iyulun 1-də başlayacaq. Onun bu postda səlahiyyət müddəti üç ildir. ATƏT sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb yeni təyinatı münasibətilə Yanes Lenarçiki təbrik edib. O, həmçinin Kristian Ştrohalın DTİHB-nin inkişafında mühüm xidmətləri olduğunu bildirib.
Qeyd edək ki, Yanes Lenarçik 1967-ci ildə Lyublyanada doğulub. Uzun müddət ATƏT məsələləri ilə məşğul olan Lenarçik 2003-2006-cı illərdə Sloveniyanın ATƏT-də daimi nümayəndəliyinin rəhbəri, 2005-ci ildə ATƏT Daimi Şurasının sədri olub. Yanes Lenarçik həmçinin Sloveniyanın BMT-dəki daimi missiyasında və Sloveniya baş nazirinin ofisində işləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR