Bank Of Baku

Payızda ASDP-nin qurultayı keçiriləcək

Payızda ASDP-nin qurultayı keçiriləcək
# 15 may 2008 12:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) növbəti qurultayı payızda keçiriləcək. ASDP həmsədri Araz Əlizadə APA-ya bildirib ki, prezident seçkisi öncəsi keçiriləcək qurultayda partiyanın yeni Mərkəzi Komitəsi formalaşdırılacaq, o cümlədən prezident seçkisindəki fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Onun sözlərinə görə, partiyada həmsədrlik institutunun ləğvi ilə bağlı məsələ qurultayda müzakirə mövzusu olmayacaq: “Partiyanın prezident seçkilərində namizədlə iştirak edib-etməməsi məsələsinə iyunun əvvəlində aydınlıq gətiriləcək. Mərkəzi Komitənin yığıncağında namizəd müəyyənləşdiriləcək”
Qeyd edək ki, ASDP 1991-ci ildə yaradılıb. İlk illərdə quruma Araz və Zərdüşt Əlizadə qardaşları rəhbərlik ediblər. 2001-ci ildə Zərdüşt Əlizadə ASDP-dən uzaqlaşıb. 2003-cü ildən partiyaya Ayaz Mütəllibov və Araz Əlizadə başçılıq edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR