Bank Of Baku

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Cənubi Qafqaz üzrə proqram direktoru YAP funksioneri ilə görüşüb

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Cənubi Qafqaz üzrə proqram direktoru YAP funksioneri ilə görüşüb
# 15 may 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Cənubi Qafqaz üzrə proqram direktoru Miçel R. Drukman və BRİ-nun ölkə üzrə direktoru Ceyk Cons Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı ilə görüş keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Mübariz Qurbanlı görüşdə YAP-la BRİ arasında sıx əməkdaşlığın olduğunu bildirib, bunun Azərbaycanda demokratiyanın inkişafında xüsusi rol oynadığını qeyd edib. Miçel R. Drukman YAP-la əməkdaşlığa yüksək dəyər verdiklərini, əlaqələrin gələcəkdə daha da dərinləşməsində maraqlı olduqlarını vurğulayıb. Görüşdə BRİ-nin YAP-la seçki kampaniyası çərçivəsində birgə treninq-kursların keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR