Bank Of Baku

ASDP heç bir partiya ilə əməkdaşlığa getməyəcək

ASDP heç bir partiya ilə əməkdaşlığa getməyəcək
# 15 may 2008 12:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifət düşərgəsində təmsil olunan partiyalarla əməkdaşlığa dair hər hansı bir saziş imzalamağın əhəmiyyəti yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə deyib. A. Əlizadə bildirib ki, 19 illik siyasi fəaliyyəti onun bu nəticəyə gəlməsinə səbəb olub, bu səbəbdən də prezident seçkisi öncəsi ASDP heç bir partiya ilə əməkdaşlığa getməyəcək: “Çünki bunlarla əməkdaşlıq sazişi imzalamağın heç bir əhəmiyyəti yoxdur. Onsuz da sazişə əməl etmirlər və yayınırlar”. A. Əlizadə partiya sədrlərini şəxsi mənafedən çıxış etməkdə də günahlandırıb: “Partiyaların hamısı liderlərin şəxsi ambisiyaları əsasında yaradılıb, fəaliyyətləri də bu istiqamətdə davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR