Bank Of Baku

Pol Qobl: “Azərbaycanda çalışacağım müddətdə rəsmi Bakının yürütdüyü siyasətlə bağlı bəyanatlar verməyəcəyəm”

Pol Qobl: “Azərbaycanda çalışacağım müddətdə rəsmi Bakının yürütdüyü siyasətlə bağlı bəyanatlar verməyəcəyəm”
# 15 may 2008 12:50 (UTC +04:00)
Bunu Azərbaycan Diplomatik Akademiyanın Tədqiqat Mərkəzinin rəhbəri, ABŞ-ın tanınmış politoloqu Pol Qobl APA-nın “Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olursunuzmu, bu münaqişə ilə bağlı yeni təklifləriniz varmı” sualını cavablandırarkən deyib. “O vaxt mən düşünürdüm ki, bu münaqişə, qaçqın və məcburi köçkünlər problemi elə kritik həddə çatıb ki, bütün imkanlar nəzərdən keçirilməlidir” söyləyən P. Qobl bu problem barədə yenə də fikirləşdiyini açıqlayıb: “Ancaq 2008-ci il 1992-ci il deyil, ona görə də yürüdülən siyasət, qəbul edilən qərarlar 1992-ci ildən fərqli olmalıdır. İnsanların da 1992-ci ildə yazılan bir məsələni bugünkü kontekstdə düşünməsini istərdim. Bir də özüm üçün qətiləşdirmişəm ki, nə qədər Azərbaycanda çalışacam, ölkənizin yürütdüyü siyasətlə bağlı bəyanatlar verməyəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR