Bank Of Baku

ADP sədri ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Cənubi Qafqaz üzrə proqram direktoru ilə görüşüb

ADP sədri ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Cənubi Qafqaz üzrə proqram direktoru ilə görüşüb
# 15 may 2008 13:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun (BRİ) Cənubi Qafqaz üzrə proqram direktoru Maykl R. Drukmanla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüş zamanı ölkədəki seçki qabağı mövcud ictimai-siyasi vəziyyət və BRİ ilə ADP arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. BRİ nümayəndəsi ADP ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduqlarını bildirib. Müzakirələrdə, həmçinin 2008-ci il prezident seçkiləri ətrafında fikir mübadiləsi aparılıb. S. Cəlaloğlu ADP-nin seçkilərdə öz namizədi ilə iştirakda qərarlı olduqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR