Bank Of Baku

Moskvada Heydər Əliyevin 85 illiyi təntənəli şəkildə qeyd olunub

Moskvada Heydər Əliyevin 85 illiyi təntənəli şəkildə qeyd olunub
# 15 may 2008 14:16 (UTC +04:00)
Tədbirdə R. Mehdiyev, Kreml administrasiyasının rəhbəri Sergey Narışkin, Rusiya prezidentinin köməkçisi Cahan Pollıyeva, İTAR-TASS informasiya agentliyinin baş direktoru Vitali İqnatenko və onun birinci müavini Mixail Qusman, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva merinin birinci müavini Lyudmila Şvetsova çıxış ediblər. S. Narışkin bu tədbirdə Rusiya-Azərbaycan münasibətlərində hər zaman əsas rol oynamış böyük dövlət xadimi və siyasətçisinin yad edildiyini bildirib: “Azərbaycan hər zaman Rusiyanın strateji partnyoru olub və olacaq”. R. Mehdiyev isə Heydər Əliyevi ömrünü vətəninə həsr etmiş insan adlandırıb, onu Atatürk, Çerçill kimi böyük siyasətçilərlə müqayisə edib. R. Mehdiyev Rusiyanın H. Əliyevin həyatında mühüm yeri olduğunu da vurğulayıb: “Heydər Əliyev Azərbaycanda doğulsa da, Rusiya onun ikinci evi olub”.
L. Şvetsova da çıxışında H. Əliyevin hər zaman vicdanlı və öz xalqına sədaqətli insan olduğunu söyləyib: “Azərbaycan lideri tarixi yaradan insanlardandır”.
Tədbirdə məlumat verilib ki, Rusiya prezidenti Dmitri Medvedyevin fərmanı ilə R. Mehdiyev “Dostluq” ordeni ilə təltif olunub. R. Mehdiyev Rusiya hökuməti, Moskva meriyası, Heydər Əliyev Fondu, “Uralsib” maliyyə korporasiyasına və Sütunlu Salonun hollunda Heydər Əliyevin həyatını əks etdirən fotosərgini təşkil etdiyinə görə İTAR-TASS-a minnətdarlığını bildirib. Tədbir iştirakçılarına İTAR-TASS tərəfindən Heydər Əliyevə həsr olunmuş kitab paylanıb.
Təntənəli yığıncaq Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə konsertlə yekunlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR