Bank Of Baku

Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin iclasının gündəliyi açıqlanıb

Avropa Şurasına üzv ölkələrin parlament sədrlərinin iclasının gündəliyi açıqlanıb
# 15 may 2008 14:57 (UTC +04:00)
Bu tədbirlərdə Avropa Şurasına üzv ölkələrin parlament sədrləri iştirak edəcəklər. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) tərəfindən həyata keçirilən parlament sədrlərinin Avropa konfransında parlament prosesi vasitəsi ilə mülki cəmiyyətin müzakirələrə və siyasətə nüfuz etməsinə imkan yaradan təcrübələr nəzərdən keçiriləcək və qanunvericilərin Avropa Şurası və onun dəyərləri ilə əlaqələrinin möhkəmləndirilməsinin yolları axtarılacaq. Parlamentlərarası beynəlxalq qurumların sədrlərinin, eləcə də AŞ PA-da müşahidəçi statusuna malik dövlətlərin (Kanada, İsrail, Meksika) parlament sədrlərinin dəvət edildiyi tədbirdə 300-dən artıq iştirakçının olacağı gözlənilir.
Konfransı AŞ PA prezidenti Luis Maria de Puç açıq elan edəcək. Macarıstan Milli Assambleyası, İsveç parlamenti, Albaniya Xalq Assambleyası və Niderland Senatının sədrləri konfransın mövzuları ilə bağlı təqdimatlarla çıxış edəcəklər.
Tədbir çərçivəsində konfransa qatılan parlamentlərin baş katiblərinin (aparat rəhbərlərinin) ayrıca görüşləri nəzərdə tutulur. Qeyd edək ki, Avropa spikerlərinin ilk belə konfransı 1975-ci ildə keçirilib. Həmin vaxtdan etibarən hər iki ildən bir Strasburqda və ya Avropa Şurasına üzv olan hər hansı dövlətin paytaxtında avropalı parlament sədrləri bir yerə toplaşırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR