Bank Of Baku

Ziyafət Əsgərov: “Sankt-Peterburqda keçirilən beynəlxalq konfransın yekun bəyannaməsinə Azərbaycanın təkidi ilə ərazi bütövlüyünün tanınması ilə bağlı xüsusi müddəa daxil edilib”

Ziyafət Əsgərov: “Sankt-Peterburqda keçirilən beynəlxalq konfransın yekun bəyannaməsinə Azərbaycanın təkidi ilə ərazi bütövlüyünün tanınması ilə bağlı xüsusi müddəa daxil edilib”
# 15 may 2008 15:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Sankt-Peterburqda keçirilən beynəlxalq konfransın yekun bəyannaməsinə Azərbaycanın təkidi ilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin tanınması ilə bağlı xüsusi müddəa daxil edilib. Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. Parlamentin birinci vitse-spikeri “İnformasiya təhlükəsizliyi - beynəlxalq terrorizmlə mübarizənin amili kimi” mövzusunda keçirilən konfransda onun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirak etdiyini deyib. Onun sözlərinə görə, 27 ölkənin parlamentlərinin nümayəndə heyətinin iştirak etdiyi tədbirdə yekun bəyannamə qəbul edilib. Həmin sənəddə informasiya təhlükəsizliyi ilə bağlı xeyli müddəa əksini tapıb: “Biz də xahiş etdik ki, bəyannaməyə dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı xüsusi müddəa daxil edilsin. Konfransın katibliyi buna etiraz etsə də, mən bununla bağlı arqumentlərimizi səsləndirdim. Onlar bizim arqumentlərimiz qarşısında məcbur olub razılıq verdilər və təklif etdiyimiz müddəa sənədə əlavə olundu”. Z. Əsgərov Ermənistan nümayəndə heyətinin də iştirak etdiyi konfransdakı çıxışı zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, həm də açıq şəkildə kiberterrorizmlə məşğul olduqlarını diqqətə çatdırdığını söyləyib: “Ermənilərin tez-tez Azərbaycan saytlarına qarşı hücuma keçdiklərini, bunun da nəticəsində bir çox saytların dağıldığını söylədim. Biz bütün bunlarla bağlı mütəmadi informasiyalar verildiyini də xatırladaraq, beynəlxalq konfrans iştirakçılarının diqqətinə ermənilərin kibercinayətkarlıqla da məşğul olduqlarını çatdırdıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR