Bank Of Baku

Azərbaycan BMT Baş Assambleyasında Abxaziya ilə bağlı qəbul olunmuş qətnamənin lehinə, Ermənistan isə əleyhinə səs verib

Azərbaycan BMT Baş Assambleyasında Abxaziya ilə bağlı qəbul olunmuş qətnamənin lehinə, Ermənistan isə əleyhinə səs verib
# 16 may 2008 09:19 (UTC +04:00)
APA-nın Gürcüstan mənbələrinə istinadən verdiyi məlumata görə, Azərbaycan da daxil olmaqla 14 dövlət sənədin lehinə, Ermənistan da daxil olmaqla 11 dövlət əleyhinə səs verib, Avropa Birliyi ölkələri də daxil olmaqla 105 ölkə isə bitərəf qalıb. Gürcüstan, Azərbaycan, Ukrayna, ABŞ, Albaniya, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya və İsveç sənədin lehinə, Rusiya, Ermənistan, Belarus, Şimali Koreya, Hindistan, İran, Myanma, Serbiya, Sudan, Suriya və Venesuela isə əleyhinə səs veriblər. Qətnamədə abxaziyalı qaçqın və məcburi köçkünlərin ləngimədən könüllü şəkildə öz evlərinə qayıtmasını təmin edən qrafikin hazırlanmasının vacibliyi qeyd olunur. Sənəddə Abxaziyada münaqişədən əvvəl mövcud olmuş demoqrafik vəziyyətin dəyişdirilməsinin yolverilməz olduğu bildirilir və bu yöndə istənilən cəhdlər pislənir. Baş Assambleya BMT-nin baş katibinə bu qətnamənin yerinə yetirilməsi ilə bağlı hərtərəfli hesabat təqdim etməyi tapşırıb. Qətnamə tövsiyə xarakterlidir və Təhlükəsizlik Şurasının qərarlarından fərqli olaraq, icrası məcburi deyil.
Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili qətnamənin qəbulunu alqışlayıb: “Bu qətnamə ilə Abxaziyada etnik təmizləmə aparılması və beynəlxalq hüquq normalarının pozulması faktları tanınır. Sənəd qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qayıtmaq və mülkiyyət hüquqlarını təminat altına alır, Abxaziya ərazisindəki iqtisadi fəaliyyətləri və digər qanunsuz hərəkətləri qeyri-legitim elan edir. Assambleya baş katibə sentyabr ayında bu qətnamənin necə yerinə yetirildiyi ilə bağlı hesabatla çıxış etməyi tapşırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR