Əflatun Amaşov: “Mətbuat Şurasının hüquqi statusunun müəyyənləşdirilməsinin vaxtı çatıb”
Məlumdur ki, təsisçi KİV-lərin Şura ilə əlaqələrinin mövcudluğunu təsdiqləyən mühüm amillərdən biri onların üzvlük haqqı ödəmələridir. Qurumun rəhbəri qeyd edib ki, bu məsələ Nizamnamədə də əksini tapıb: “Ötən illərə nisbətən bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Lakin elə təsisçilər də var ki, Şura yaranandan bu günədək üzvlük haqqı ödəməyiblər. Təəssüf ki, belələrinin sırasında tanınmış nəşrlər də var. Əlbəttə, qurultay Nizamnamədən irəli gələn tələblər əsasında keçiriləcək. Düşünürəm ki, qarşıdakı vaxt ərzində onlar üzvlük haqqını ödəməklə ali məclisdə səsvermə hüququ əldə edəcəklər”. Ə. Amaşov “Qurultayda rəqabətin güclü olacağını proqnozlaşdırmaq mümkündürmü?” sualına cavabında bu qurultayın beşinci olacağını xatırladıb: “Elə bilməyin ki, digərlərində hadisələr sakit məcrada cərəyan edib. Diskussiyalar, müzakirələr, mübahisələr dövri mətbuata baxsanız, bu yaşantıları əks etdirən kifayət qədər material görərsiniz. Bütün həqiqətlər, işlərin daha yaxşı qurulması üçün irəli sürülən təkliflər məhz canlı toplantılar zamanı ortaya çıxır. Qarşıdakı qurultayımızı da belə görmək istərdim. İndidən ali məclisimizin işgüzar şəraitdə keçəcəyinə, ölkə jurnalistikasının və Mətbuat Şurasının qarşıdakı illər üçün yaşantılarına yeni keyfiyyət dəyişikləri gətirəcəyinə dərin inamım mövcuddur. Bir halda ki, bu yaşantılarla üzbəüzük, son vaxtlar işlədilən rəqabət ifadəsinə də münasibətimi bildirmək istərdim. Öncə deyim ki, gərginlik fonunda müəyyən rəqabət işartıları həmişə gözə dəyib. Amma iddiaları qurultaylar tənzimləyib. Məsələni sırf rəqabət kontekstində qoymağı doğru yanaşma saymıram. Çünki onun tərəflərini görmürəm. Hər halda, son söz qurultayındır”.
MŞ sədri “Azadlıq” qəzetinin jurnalisti Aqil Xəlillə bağlı istintaq prosesi ilə bağlı suala cavabında mayın 14-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində keçirilmiş son dindirilmə prosesində rəhbərlik etdiyi qurumun nümayəndəsinin də iştirak etdiyini vurğulayıb: “Proses normal keçib. Jurnalist müstəntiqin ona verdiyi sualları cavablandırıb. Məncə, heç bir tərəf narazı qalmayıb. O ki qaldı Aqil Xəlilin ölkəni tərk edə bilməsinə, mənə elə gəlir ki, burada elə bir problem olmamalıdır. Çünki o, təqsirləndirilən deyil, zərərçəkən şəxsdir. Lazımi izahat da verib. Əgər ölkədən çıxmasında çətinliklər olsa, Mətbuat Şurası ona kömək göstərə bilər”.
Ə. Amaşov “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilmiş son dəyişiklikləri də şərh edib. O deyib ki, son düzəlişdən də açıq-aydın görünür ki, qanunun 9-cu maddəsinin mübahisələrə səbəb 10-cu hissəsi hələ qalır: “Məhz bu hissədə Mətbuat Şurasına müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri verilir. Burada söhbət ondan gedir ki, Mətbuat Şurası ildə 12 dəfə işıq üzü görməyən, birdəfəlik tirajı 100 nüsxədən az olan, daimi adı və digər zəruri rekvizitləri olmayan KİV-lərin istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldıra bilər. Yada salım ki, hələ jurnalistlərin IV qurultayında biz bu məsələlərlə bağlı müzakirə aparmışdıq. Qəbul olunan qərardadda göstərilirdi ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıraq. Digər məsələ ölkədə fəaliyyət göstərən yazılı KİV-lərin məcburi nüsxələrinin Mətbuat Şurasına da göndərilməsiydi. Üçüncü düzəliş isə yeni KİV təsis edərkən dövlət qurumlarının adından istifadə edilməsi qaydalarını nəzərdə tutur. Ötən ilin dekabrında son iki düzəlişi təsbit edən müvafiq dövlət sənədləri qəbul olunub. Onu da deyim ki, son düzəlişin xüsusi effektiv cəhətlərindən biri onun “reket” jurnalistikaya qarşı daha tutarlı mübarizə aparmağa imkan verməsidir. Qeydiyyatdan keçən qəzetlərin sayı 3000-dən artıqdır. Çoxu işıq üzü görməyən bu qəzetlərin təmsilçiləri bölgələrdə, iri müəssisələrdə olur, ayrı-ayrı vətəndaşları, idarə, müəssisə, təşkilat rəhbərlərini şantaj edirlər. Şuraya daxil olan şikayətlərin əksər hissəsi məhz belələrindəndir... Sənəddə Mətbuat Şurası müvafiq icra hakimiyyəti orqanı kimi göstərilib. Hazırda isə Mətbuat Şurası statusuna görə ictimai təşkilatdır. Bunları nəzərə alaraq biz qurultaya qədər hüquqşünaslardan ibarət işçi qrupu formalaşdırmağı planlaşdırırıq. Buraya müstəqil ekspertlərlə yanaşı Prezident Aparatı, Ədliyyə Nazirliyi və digər qurumlardan da mütəxəssislər cəlb ediləcək. Görünür, Mətbuat Şurasının hüquqi statusunun müəyyənləşdirilməsinin vaxtı çatıb”.
Daxili siyasət
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Tramp Netanyahuya dəstəyini dayandırmadığını bildirib
CNN: Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyəcək
Kallas: Rusiyaya qarşı sanksiyalar Aİ iqtisadiyyatına zərər vurur
ABŞ Prezidenti: İran rəhbərliyinin harada olduğunu bilirik
NYT: Tramp Konqresi İrana qarşı hərbi əməliyyatların bərpası barədə məlumatlandırıb
Hörmüz boğazında bir neçə gəmi atəşə tutulub
ABŞ İrana qarşı növbəti zərbələr seriyasına başlayıb
ABŞ Prezidenti: İran memorandumun şərtlərinə əməl etmədi
Tramp: ABŞ yaxın günlərdə İrana zərbələri davam etdirəcək
Brent markalı neftin qiyməti 80 dolları ötüb
BMT baş katibi Hörmüz boğazında gəmiçilik azadlığının qorunmasının tərəfdarıdır
Bəndər-Abbasın şərqində dörd partlayış baş verib
ABŞ bir neçə saat sonra İran limanlarına qarşı blokadanı bərpa edəcəyini açıqlayıb
Zelenski “Freyja” hava hücumundan müdafiə sisteminin işə düşəcəyi tarixi açıqlayıb
Kallas: Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini iyulun 15-də razılaşdırmağa çalışacaq
Macarıstan parlamenti prezidentin vəzifədən uzaqlaşdırılmasına dair konstitusiya dəyişikliyini qəbul edib
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdıra bilməyib
İsrail 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınması ilə bağlı səsverməni təxirə salıb
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Böyük Britaniya Aİ-nin Ukraynanın hərbi maliyyələşdirilməsi proqramına qoşulub
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır
DİM: Beynəlxalq dil sertifikatlarının qəbul edilməməsi ilə bağlı iddialar doğru deyil
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir - FOTO
PSJ Luka Dinin transferini tamamlamağa yaxındır
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - FOTO - VİDEO - YENİLƏNİB-1
Avropanın 9 ölkəsi Ukrayna ilə antiballistik raket koalisiyası barədə razılığa gəlib
Ərdoğan bölgədə sülhün təmin olunması üçün Trampla əməkdaşlığı davam etdirəcəklərini deyib
ABŞ Ədliyyə Nazirliyi və Pentaqon məlumat sızmalarına qarşı birgə işçi qrupu yaradıb
Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda Suriya, Qazaxıstan və Özbəkistan nümayəndələri ilə görüşüb
Şuşa Qlobal Media Forumu: Həqiqətin bərpası və sülh gündəliyinin beynəlxalq platforması - RƏY
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
Deputat: Prezidentin Şuşa Forumunda fikirləri Azərbaycanın gələcək xarici siyasət prioritetlərini ortaya qoyur
Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib
Baş katib: Ümid edirik ki, D-8 Media Mükəmməllik Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
Umud Mirzəyev: Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyəti üçün mühüm əməkdaşlıq platformasına çevrilib
Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir
Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Rumıniya Senatının nümayəndə heyəti Xankəndiyə səfər edib
AMB-də media nümayəndələri üçün maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı təlim keçirilib
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Slovakiya Prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb