Bank Of Baku

Ukraynanın “Saqa” turist şirkəti Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab edir

Ukraynanın “Saqa” turist şirkəti Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi hesab edir
# 16 may 2008 11:12 (UTC +04:00)
Bundan başqa “Ermənistan tarixi” bölməsində 1988-ci il Sumqayıt hadisələri barədə təhrif olunmuş məlumatlar yerləşdirilib. Mətndə qeyd olunur ki, “Dağlıq Qarabağda yaranmış gərginlik azərbaycanlı millətçilərin Sumqayıtda qanlı hadisələr törətməsinə gətirib çıxarıb”. Materialda bildirilir ki, Ermənistanın tarixi torpaqlarının böyük bir hissəsi, o cümlədən Ağrı dağı hazırda Türkiyə ərazisində yerləşir və İrəvan bu torpaqlara iddiasından heç zaman geri çəkilməyib. Müəlliflər 1915-ci ildə Osmanlı İmperiyası dövründə baş verən hadisələrə də toxunublar. Onların fikrincə, 1915-ci ildə Türkiyədə ermənilərə qarşı “soyqırımı” törədilib: “Gənc türklər hərəkatının rəhbərləri hesab edirdilər ki, ermənilər xristian olduqlarına görə, müharibə zamanı Rusiyanın tərəfinə keçəcəklər, buna görə də onlar ermənilər qırmağa və deportasiya etməyə üstünlük vermişlər. Nəticədə təqribən 1-2 milyon erməni türklər tərəfindən öldürülüb”. Maraqlıdır ki, turist şirkətinin saytında ümumiyyətlə Azərbaycana dair bölmə mövcud deyil. Bu məsələ ilə əlaqədar APA-ya açıqlama verən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim Ukraynanın “Saqa” turist şirkətinin rəsmi saytında Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi kimi təqdim olunmasına dair anlaşılmazlığı araşdırmaq üçün Ukraynada səfirliyimizə təlimat veriləcəyini deyib. O bildirib ki, şirkətdən Azərbaycanla bağlı yanlış materialların saytdan çıxarılması tələb olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR