Bank Of Baku

Venesiya Komissiyası Azərbaycan Seçki Məcəlləsinə əlavələr və dəyişikliklərlə bağlı parlamentə təqdim olunmuş layihəni öyrənir

Venesiya Komissiyası Azərbaycan Seçki Məcəlləsinə əlavələr və dəyişikliklərlə bağlı parlamentə təqdim olunmuş layihəni öyrənir
# 16 may 2008 10:41 (UTC +04:00)
Bu barədə APA-ya VK-nın seçkilər və referendumlar şöbəsinin əməkdaşı Sergey Kuznetsov məlumat verib. O, layihəni mayın 14-də aldıqlarını, hazırda ekspertlərin sənədi öyrəndiklərini deyib. Əlavə və dəyişikliklərin VK-nın tövsiyələrinə nə qədər uyğun olub-olmamasına dair sualı cavablandıran S. Kuznetsov qeyd edib ki, ekspertlər fikirlərini söyləməmiş heç nə deyə bilməz: “Ekspertlərin rəyi Venesiya Komissiyasının iyunun 12-13-də Venesiyada keçiriləcək sessiyasına kimi məlum olmalıdır”. S. Kuznetsov həmin sessiyanın gündəliyində Azərbaycanın Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər məsələsinin salındığını da bildirib. O, həmçinin deyib ki, Azərbaycandakı prezident seçkilərinə kimi Bakıda Mərkəzi Seçki Komissiyası ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirlərin hansı mövzuda və nə vaxt keçiriləcəyi isə təqdim olunmuş layihə ilə tanışlıqdan sonra müəyyən olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR