Bank Of Baku

Livanda yaşayan azərbaycanlılar ölkəni tərk etmək fikrindən daşınıblar

Livanda yaşayan azərbaycanlılar ölkəni tərk etmək fikrindən daşınıblar
# 16 may 2008 10:55 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Hazırda Livanda nisbi sakitlik yaranıb, Beyrutdakı avtomagistrallar və beynəlxalq hava limanı açıqdır”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qəssub deyib. O bildirib ki, ölkəni tərk etmələrinə köməklik göstərilməsi xahişi ilə fəxri konsulluğa müraciət edən azərbaycanlı ailələr fikirlərindən daşınaraq ölkədə qalmağa qərar veriblər: “Onların həyatına təhlükə yoxdur. Ərəb Dövlətləri Liqasının qarşı duran tərəfləri sakitləşdirməsindən sonra vəziyyət stabilləşib”. N. Qəssub azərbaycanlı ailələrin əsasən Beyrut və onun ətrafında yaşadıqlarını söyləyib.
Qeyd edək ki, hazırda Livanda 130-a yaxın azərbaycanlı ailə və bir neçə azərbaycanlı tələbə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR