Bank Of Baku

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının üzvləri amerikalı qonaqlarla görüşüblər

Demokratik Seçki Mərkəzinin Sədrlər Şurasının üzvləri amerikalı qonaqlarla görüşüblər
# 16 may 2008 11:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Demokratik Seçki Mərkəzinin (DSM) Sədrlər Şurasının üzvləri ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəsi Yan Vudvord və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndəsi Skot Teylorla görüşüblər. DSM-dən APA-ya verilən məlumata görə, mərkəz Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı mövqeyini açıqlayıb. Müzakirələr zamanı DSM-lə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın perspektivlərinə diqqət yetirilib və qurum üzvləri üçün treninq və seminarların keçirilməsinə dair razılıq əldə olunub. Həmçinin qurumlar arasında fəaliyyətin əlaqələndirilməsi ətrafında da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR