Bank Of Baku

DSM Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib

DSM Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib
# 16 may 2008 11:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Demokratik Seçki Mərkəzi (DSM) Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, paytaxt rəhbərliyinin DSM-in mayın 12-də keçirmək istədiyi mitinq üçün Bibiheybət qəsəbə stadionunu ayırması “Sərbəst toplaşma azadlığı haqqında” qanuna zidd olduğu üçün qurum məhkəməyə müraciət etmək qərarına gəlib.
Qeyd edək ki, DSM keçirmək istədiyi mitinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların gedişindən narahatlığını bildirmək və atəşkəsə etiraz etmək niyyətində idi. Şəhər rəhbərliyi aksiyanın Bibiheybət stadionunda keçirilməsini məsləhət görsə də, DSM bu təklifi rədd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR