Bank Of Baku

Azərbaycan Milli Məclisinin spikeri müxalifətçi deputatdan mikrofonla sərt davranmamağı xahiş edib

Azərbaycan Milli Məclisinin spikeri müxalifətçi deputatdan mikrofonla sərt davranmamağı xahiş edib
# 16 may 2008 12:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov müxalifətçi deputatdan mikrofonla ehtiyatlı davranmağı xahiş edib. APA-nın məlumatına görə, parlamentin bugünkü iclasında “Müsavat” deputat qrupunun üzvü Pənah Hüseyn çıxışını bitirdikdən sonra mikrofonunu əli ilə itələyib. Parlamentin spikeri isə müxalifətçi deputata mikrofonla sərt davranmamağı tövsiyə edib: “Pənah bəy, siz hər dəfə çıxış etdikdən sonra mikrofonu sərt şəkildə itələyirsiniz. Xahiş edirəm, belə etməyəsiniz. Mikrofonu sındıra bilərsiniz”. P. Hüseyn isə cavabında “baş üstə, day eləmərəm” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR