Bank Of Baku

Müsavat Partiyası mayın 18-nə təyin etdiyi mitinqi təxirə salıb

Müsavat Partiyası mayın 18-nə təyin etdiyi mitinqi təxirə salıb
# 16 may 2008 13:53 (UTC +04:00)
Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, BŞİH aksiyanın partiyanın təyin etdiyi yerlərdə keçirilməsinə razılıq verməyib. Şəhər rəhbərliyi bu dəfə də mitinqin Bibiheybət qəsəbəsində yerləşən stadionda keçirilməsini tövsiyə edib. Bu cavabı qeyri-qanuni hesab edən A. Hacılı BŞİH-lə bağlı yenidən məhkəməyə müraciət olunacağını söyləyib. Müsavat funksioneri mayın 18-nə təyin olunmuş aksiyanın təxirə salındığını bildirib.
Qeyd edək ki, aksiyanın ölkədə kütləvi bahalaşmanın qarşısının alınması, əhalini mülkiyyət hüququnun toxunulmazlığının təmini, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması, seçkiqabağı demokratik şəraitin yaradılması, mətbuata olan təzyiqlərin dayandırılması tələbi ilə keçirilməsi nəzərdə tutulub. Partiya aksiya üçün keçmiş Qələbə kinoteatrının qarşısındakı meydanın, Nərimanov kinoteatrının qarşısındakı meydanın, Ukrayna meydanının, Füzuli meydanının və Təbriz (keçmiş Sevinc) kinoteatrının qarşısındakı yerlərdən birinin mitinq üçün ayrılmasını xahiş etmişdi.
Xatırladaq ki, Müsavat Partiyası mayın 4-nə də mitinq təyin etmişdi. Amma BŞİH aksiyanın partiyanın göstərdiyi yerlərdə yox, Bibiheybət stadionunda keçirilməsinə razılıq verdiyindən mitinq təxirə salınmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR