Bank Of Baku

Nardaranda keçirilən mitinqdə ABŞ və İsrail bayraqları yandırılıb

Nardaranda keçirilən mitinqdə ABŞ və İsrail bayraqları yandırılıb
# 16 may 2008 14:02 (UTC +04:00)
APA-nın məlumatına görə, mitinqdə çıxış edən qəsəbə sakini Əli Hüseynov deyib ki, beynəlxalq sionizmin müsəlman ölkələri ilə qurduğu münasibət qeyri-səmimidir. O bildirib ki, Azərbaycan da İsrailin bu siyasi xəttinə diqqət yetirməli və özünü dost kimi önə çəkməməlidir. Kənd sakini Hacı Hikmət Vəliyev isə Azərbaycan dövlətindən İsraillə bütün əlaqələri kəsməsini istəyib. İsrailin Fələstində apardığı siyasətini pisləyən kənd sakini ABŞ-ı baş verən hadisələri dəstəkləməkdə ittiham edib. Onun sözlərinə görə, ərəb ölkələrinin əhatəsində olan İsrail 60 ilə yaxındır müsəlmanların qatilinə çevrilib. Aksiyada Azərbaycanın müsəlman əhalisi bu məsələdə laqeydlik nümayiş etdirməməyə çağırılıb və İsraillə bütün əlaqələrin kəsilməsi tələb olunub. Aksiyada ABŞ və İsrailin əleyhinə və İranın siyasi xadimlərini dəstəkləyən şüarlar səsləndirilib. Daha sonra aksiya iştirakçıları ABŞ və İsrailin dövlət bayraqları yandırıblar. Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan-İsrail dostluğunun rəmzi olan xiyabanın açılış mərasiminin keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR