Bank Of Baku

Gürcüstan parlamentinin komissiya sədri: “Ermənistan Rusiyaya sıx bağlı olduğu üçün BMT-dəki səsvermədə o cür mövqe tutub”

Gürcüstan parlamentinin komissiya sədri: “Ermənistan Rusiyaya sıx bağlı olduğu üçün BMT-dəki səsvermədə o cür mövqe tutub”
# 16 may 2008 14:09 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Gürcüstan parlamentinin xarici məsələlər üzrə komissiyasının sədri Konstantin Qabaşvili deyib. O bildirib ki, Rusiya səsvermənin iflasla nəticələnməsi üçün çox güclü işləyib: “Siz bu ölkələrin bir-biri ilə çox sıx bağlı olduğunu bilirsiniz. Ermənistanın niyə o cür mövqe tutması barədə sualın cavabı budur. Əlbəttə, Ermənistanın qətnamənin əleyhinə səs verməsindən təəssüflənirik, amma əsas odur ki, sənəd qəbul olunub”. K. Qabaşvili GUAM üzvü Moldovanın səsvermədə bitərəf qalmasına toxunaraq bunu da anladıqlarını söyləyib: “Moldovanın da Rusiya ilə xüsusi münasibətləri var. Bu ölkənin səfirinə təsir göstərilib”. K. Qabaşvili Gürcüstana verdiyi dəstəyə görə Azərbaycana minnətdarlıq edib: “Azərbaycanın Xarici İşlər Nazirliyinə və bütün xalqına belə çətin işdə bizimlə birlikdə olduqlarına görə “çox sağ ol” deyirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR