Bank Of Baku

UNESCO-nun Bakıda keçirilən V regional konfransı başa çatıb

UNESCO-nun Bakıda keçirilən V regional konfransı başa çatıb
# 16 may 2008 16:28 (UTC +04:00)
APA-nın məlumatına görə, konfransın son sessiyasında çıxış edən Azərbaycanın təhsil naziri Misir Mərdanov mayın 14-dən başlamış tədbirə 30-dan çox ölkənin təhsil ekspertlərinin qatıldığını bildirib. O, çıxışında savadsızlığın ləğvinin vacibliyi məsələsinə toxunub: “Beynəlxalq birliyin əsas tələbatları bilik, savad və elmdir. Hər bir insanın normal həyat tərzi sürməsi üçün elementar savada malik olması vacibdir. Azərbaycanda bu istiqamətdə ciddi islahatlar aparılır”. Nazir hesab edir ki, bu gün savadlı olmaq dedikdə təkcə yazmaq, oxumaq və xarici dil bilmək deyil, həm də informasiya texnologiyalarından yararlana bilmək nəzərdə tutulur. Azərbaycanın UNESCO ilə əməkdaşlıq məsələlərinə toxunan Misir Mərdanov bildirib ki, tərəflər şagirdlərin biliklərinin qiymətləndirilməsi sistemində islahatlar aparılması, müəllimlərin attestasiyadan keçirilməsi, universitetlərin lisenziyalaşdırılması, həmçinin xarici dillərin tədrisi texnologiyalarının inkişafı sahələrində əməkdaşlıq etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR