Bank Of Baku

İslam Konfransı Təşkilatı Xocalı faciəsinin soyqırım kimi dünyada qəbul edilməsi üçün iş aparmaqla bağlı qərar verib

İslam Konfransı Təşkilatı Xocalı faciəsinin soyqırım kimi dünyada qəbul edilməsi üçün iş aparmaqla bağlı qərar verib
# 17 may 2008 09:48 (UTC +04:00)
İKT Gənclər Forumunun baş katibi Elşad İskəndərovun APA-ya verdiyi məlumata görə, İstanbulda “XX əsrdə İKT ölkələrində insanlıq faciələri” mövzusunda qurumun hökumətlərarası ekspertlərin toplantısı keçirilib. Toplantı çərçivəsində İKT Gənclər forumu İSESKO ilə birgə görüş keçirib. Görüşdə İKT ölkələri mədəniyyət nazirliklərinin nümayəndələri və Türkiyədə akkreditə olunmuş diplomatlar iştirak edib. Ekspertlərin toplantısının sonunda kommunike və yekun hesabat qəbul edilib. Kommunikedə Xocalı soyqırımının baş verdiyi 26 fevral tarixi də İKT ölkələrində humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd olunacaq tarixlər siyahısına salınıb. Bundan əlavə, Avropa, Asiya və Afrika regional parlament assambleyaları ilə dialoq zamani Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınması barədə məsələ qaldırılmasına qərar verilib.
İsgəndəriyyə kitabxanasının nümayəndəsi Xaqar İbrahim nümayəndə heyətini Heydər Əliyev Fondunun Moskva nümayəndəsi və İKT Gənclər Forumunun baş koordinatoru Leyla Əliyevanın təşkilatçısı olduğu “Xocalıya ədalət-Qarabağa azadlıq” kampaniyası ilə tanış edib və Xocalı soyqırımını faktlarla əks etdirən video materiallar nümayiş etdirilib. Təqdimatın nəticəsi olaraq ekspertlərin toplantısı Leyla Əliyevanın təşəbbüsünü dəstəkləyən qətnamə qəbul edib. Bununla yanaşı, tədbirlər planında Xocalı soyqırımı haqında məlumatların İKT ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı qərar da əksini tapıb.
Qeyd edək ki, ekspertlərin toplantısının tövsiyəsi İKT xarici işlər nazirlərinin iyun ayında keçiriləcək illik sessiyasına təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR