Bank Of Baku

AŞPA həmməruzəçiləri bu gün Azərbaycana gələcək

AŞPA həmməruzəçiləri bu gün Azərbaycana gələcək
# 17 may 2008 10:18 (UTC +04:00)
A.Herkelin APA-ya verdiyi məlumata görə, mayın 21-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilər dövlət başçısı İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, ədliyyə naziri Fikrət Məmmədov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşəcəklər. Bununla yanaşı, AŞPA təmsilçilərinin hakim Yeni Azərbaycan Partiyası, müxalifət, QHT, KİV nümayəndələri ilə görüşləri də nəzərdə tutulub. Həmməruzəçilər ölkədəki seçkiqabağı vəziyyəti qiymətləndirəcəklər və Azərbaycanda demokratik təsisatların fəaliyyəti haqqında hesabatın hazırlanması üçün son faktları toplayacaqlar.
AŞPA rəsmilərinin həmçinin 1 saylı Bayıl İstintaq Təcridxanasında “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə, 12 saylı Cəzaçəkmə Müəssisəsində “Gündəlik Azərbaycan”, “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevlə, 14 saylı Cəzaçəkmə Müəssisəsində isə “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə görüşləri nəzərdə tutulub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, AŞPA təmsilçiləri hər üç jurnalistlə sabah görüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR