Bank Of Baku

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bolqarıstana rəsmi səfərə gedir

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bolqarıstana rəsmi səfərə gedir
# 18 may 2008 09:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sabah Bolqarıstana rəsmi səfərə yola düşür. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədr müavini Elton Məmmədov, deputatlardan Ağacan Abiyev, Rauf Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir. Səfər çərçivəsində Milli Məclisin sədri Bolqarıstan prezidenti Georgi Pırvanov, parlamentin spikeri Georgi Prinski və Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Rəmzi Osmanla görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişlənməsi, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparacaq.
Nümayəndə heyətinin üzvləri ölkənin İqtisadiyyat və Energetika Nazirliyində də olacaq, Plovdiv şəhərinə səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR