Bank Of Baku

Azərbaycan Milli Məclisinin spikeri AŞ PA prezidenti ilə görüşəcək

Azərbaycan Milli Məclisinin spikeri AŞ PA prezidenti ilə görüşəcək
# 18 may 2008 11:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 22-də Strasburqa işgüzar səfərə yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, səfər zamanı Milli Məclisin sədri Avropa ölkələri parlament spikerlərinin konfransında iştirak edəcək. Konfransda “Parlamentlər və vətəndaş cəmiyyəti”, “Milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyi prinsipinin əsas dəyərlərinin təbliği” mövzularında müzakirələr aparılacaq. Konfrans çərçivəsində Milli Məclis sədrinin Avropa Şurası Parlament Assambleyasının Prezidenti Mariya De Puç, tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları və digər şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub. Səfər zamanı konfrans iştirakçıları müstəqil Azərbaycanın 28 May - Respublika gününə həsr edilmiş konsertdə də iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR