Bank Of Baku

MDB hökumət başçılarının Minskdə keçiriləcək toplantısında 21 məsələ müzakirə ediləcək

MDB hökumət başçılarının Minskdə keçiriləcək toplantısında 21 məsələ müzakirə ediləcək
# 19 may 2008 09:02 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mayın 23-də Minskdə Müstəqil Dövlətlər Birliyi (MDB) hökumət başçıları Şurasının növbəti iclası keçiriləcək. APA-nın məlumatına görə, iclasın gündəliyinə 21 məsələ daxil edilib. Onlardan ən önəmliləri MDB-nin iqtisadi inkişaf strategiyası layihəsi, razılaşdırılmış nəqliyyat siyasətinin aparılması və qida təhlükəsizliyinin artırılması üçün birgə tədbirlər kompleksinin hazırlanmasıdır. Bu məsələlər üzrə daha əvvəl işçi qrupları yaradılıb və onlar mütəmadi toplaşaraq hökumət başçıları Şurasına təqdim olunacaq sənədləri müzakirə edirlər. İclasda MDB məkanında işçi-miqrantlar və onların ailələrinin hüquqi statusuna dair Konvensiya layihəsi, Böyük Vətən Müharibəsində qələbənin 65 illiyinə hazırlıqla bağlı tədbirlər planının layihəsi də müzakirə olunacaq. Hökumət başçıları Şurasında sədrlik Ukraynadan Belarusa keçəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR