Bank Of Baku

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Məzahir Pənahovla görüşüblər

AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Məzahir Pənahovla görüşüblər
# 19 may 2008 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüblər. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə həmməruzəçilər qarşıdan gələn prezident seçkilərinə hazırlıq çərçivəsində MSK tərəfindən görülən işlərlə maraqlanıblar. M. Pənahov vətəndaşların aktiv və passiv seçki hüquqlarının tam təmin olunması üçün MSK tərəfindən qanuni addımların atılacağını qeyd edib. O, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, prosesin mayın sonlarına qədər yekunlaşacağını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR