Bank Of Baku

BAXCP İdarə Heyətinin toplantısı keçirilib

BAXCP İdarə Heyətinin toplantısı keçirilib
# 19 may 2008 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. BAXCP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, partiya sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı parlamentin müzakirəsinə çıxarılan layihələr haqda İdarə Heyətini məlumatlandırıb. Yığıncaqda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Söhrab Abdullayevin hesabat xarakterli məlumatı da dinlənilib. O bildirib ki, rayon və şəhər təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqları başa çatıb, qurultaya 400 nəfərdən çox nümayəndə seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR