Bank Of Baku

AŞ PA həmməruzəçiləri Ziyafət Əsgərovla görüşüblər

AŞ PA həmməruzəçiləri Ziyafət Əsgərovla görüşüblər
# 19 may 2008 12:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev APA. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu gün Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərovla görüşüblər. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Z. Əsgərov bildirib ki, Azərbaycan Avropa dəyərlərinə daha dərindən yiyələnmək istəyir, ona görə də bu cür səfərlər və aparılan müzakirələr ümumi işin xeyrinədir. O, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin icrası barədə danışaraq, öhdəliklərin böyük bir qisminin yerinə yetirildiyini söyləyib. Z. Əsgərov deyib ki, “Azərbaycan Respublikasının Seçki Məcəlləsi”nə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi ilə bağlı qanun layihələri parlamentin daimi komissiyalarında müzakirədən keçib və təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.
Andres Herkel isə Azərbaycan qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını, Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişiklikləri yüksək qiymətləndirib.
Görüşdə ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycanla AŞ PA arasında əlaqələrin daha da genişləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi və digər mövzularda geniş fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR