Bank Of Baku

ADP şəhid hərbçilərin dəfn mərasimlərinin dövlət səviyyəsində təşkilini və Xalq Cümhuriyyətinin 90 illiyinin təmtəraqlı qeyd olunmasını istəyir

ADP şəhid hərbçilərin dəfn mərasimlərinin dövlət səviyyəsində təşkilini və Xalq Cümhuriyyətinin 90 illiyinin təmtəraqlı qeyd olunmasını istəyir
# 19 may 2008 12:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Azərbaycan Demokrat Partiyası (ADP) cəbhə bölgəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəfn mərasimlərinin dövlət tərəfindən yüksək səviyyədə təşkili və bu mərasimlərə rəsmi şəxslərin qatılması təşəbbüsü ilə çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu barədə İdarə Heyətinin bu gün keçirilən toplantısında təklif irəli sürülüb. Müxalifət partiyası ölkə iqtidarını bu məsələdə Türkiyədən örnək götürməyə çağırıb.
İdarə Heyəti Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinin dövlət səviyyəsində kifayət qədər təmtəraqlı keçirilməsi üçün hazırlıq görülməməsini, cümhuriyyət memarlarının xatirəsinin əbədiləşdirilməməsini, onların dövlət və xalq qarşısındakı xidmətlərinin lazımi səviyyədə təbliğ edilməməsini də dövlətçilik ənənələrinin qorunması baxımından çox yanlış siyasət kimi qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR