Bank Of Baku

Avropa Parlamentinin əsas binasında Azərbaycanlı Tələbələrin Avropa Forumu keçiriləcək

Avropa Parlamentinin əsas binasında Azərbaycanlı Tələbələrin Avropa Forumu keçiriləcək
# 19 may 2008 12:54 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı-APA. Mayın 27-30-da Avropa Parlamentinin əsas binasında Azərbaycanlı Tələbələrin Avropa Forumu (FASE) keçiriləcək. Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. “Bu günü gələcəyə bağlayan ideyalar” başlığı altında keçiriləcək forumun əsas məqsədi azərbaycanlı tələbələrlə dünya gəncləri arasında daha sıx əlaqələr qurmaqdır. Forumda gənc və yaşlı nəsil, eyni zamanda dünyanın bir çox ölkələrin tanınmış insanları arasında faydalı dialoqun qurulması mövzusunda müzakirələr aparılacaq. Forumda gənclər və idman naziri Azad Rəhimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, xarici işlər nazirinin müavini Araz Əzimov, Avropa Parlamentinin üzvü Justas Paleçkis, Azərbaycanın Belçika Krallığındakı səfiri Emin Eyyubov və dünya şöhrətli alim Lütfi Zadə iştirak edəcək. Qeyd edək ki, 2006-cı ilin 28-30 mayında ilk yığıncağı keçirilən və FASE adı altında Belçika Krallığının Ədliyyə Nazirliyində qeydiyyatdan keçən forum 2007-ci ilin mart ayından fəaliyyətə başlayıb. Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə lobbiçilik fəaliyyəti ilə məşğul olan FASE-nin daha da inkişaf etməsi üçün bu quruma maliyyə yardımının ayrılması barədə sərəncam imzalayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR