Bank Of Baku

Venesiya Komissiyasının təmsilçisi: “Yeni qanunda sərbəst toplaşmaq azadlığının vətəndaşlığı olmayan əcnəbilərə də şamil edilməsi alqışlanmalıdır” - EKSKLÜZİV

Venesiya Komissiyasının təmsilçisi: “Yeni qanunda sərbəst toplaşmaq azadlığının vətəndaşlığı olmayan əcnəbilərə də şamil edilməsi alqışlanmalıdır” - <font color=#FF0000>EKSKLÜZİV</font>
# 19 may 2008 13:29 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Avropa Şurası Venesiya Komissiyasının Konstitusiya əməkdaşlığı diviziyasının rəhbəri Simona Qranata-Menqini verib. O, sərbəst toplaşmaq azadlığı hüququnun tənzimlənməsi zamanı hakimiyyət orqanlarının hər hansı individual qruplara qarşı ayrı-seçkilik etməsini yolverilməz sayıb: “İrqindən, rəngindən, cinsindən, dilindən, dinindən siyasi mövqeyindən, milli və ya sosial statusundan asılı olmayaraq, bu zaman heç kəsə ayrı-seçkilik edilməməlidir. Fərdlər kimi, korporativ təşkilatlara, azlıqların nümayəndələrinə, vətəndaşlığı olmayan insanlara, o cümlədən qaçqınlara, xarici vətəndaşlara, miqrant və turistlərə, qadın və kişilərə sərbəst toplaşmaq azadlığı verilməlidir”. Azərbaycanın “Sərbəst toplaşmaq haqqında” qanununda vətəndaşlığı olmayan və digər millətlərin nümayəndələrinə də sərbəst toplaşmaq azadlığı verilməsi haqqında dəyişikliyə münasibət bildirən Simona Qranata-Menqini bu addımı alqışlayıb: “Yeni qanunun yalnız Azərbaycan vətəndaşlarına şamil edilməməsini yalnız alqışlamaq olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR