Bank Of Baku

Müsavat Partiyasının Divanı icazəsiz aksiyalara başlamağı müzakirə edib

Müsavat Partiyasının Divanı icazəsiz aksiyalara başlamağı müzakirə edib
# 19 may 2008 13:41 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında sanksiyalaşdırılmamış kütləvi aksiyalara başlamaqla bağlı müzakirə aparılıb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, Divanda konkret qərar qəbul edilməyib və bu mövzuda partiyanın yerli təşkilatlarında da müzakirə aparılması qərara alınıb. A. Hacılı bildirib ki, müzakirələr yekunlaşandan sonra partiya icazəsiz mitinqlərə başlaya bilər: “Biz hələlik bu mərhələdə Bakı şəhər İcra Hakimiyyəti ilə hüquqi müstəvidə mübarizə aparmaq və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyi düşünürük”. Mayın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi ilə bağlı tədbirlərin keçiriləcəyini vurğulayan A. Hacılı bu ay icazəsiz aksiyaların təşkilinin məqsədəuyğun sayılmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR