Bank Of Baku

Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri həmməruzəçilərlə görüşüblər

Azərbaycan Milli Məclisinin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri həmməruzəçilərlə görüşüblər
# 19 may 2008 13:42 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvləri qurumun Bakıda fakt-araşdırıcı səfərdə olan Monitorinq Komitəsinin həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova ilə görüşüblər. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynov Azərbaycanın qurum qarşısında götürdüyü öhdəliklərin icrasına xüsusi diqqət yetirdiyini deyib: “Həmin öhdəliklərin böyük bir qismi yerinə yetirilib. “Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər haqqında” qanun layihələri daimi komissiyalarda müzakirədən keçib. Hər iki qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”. Ə. Hüseynov “Alternativ xidmət haqqında” qanun layihəsi üzərində də işlərin yekunlaşmaq üzrə olduğunu deyib.
Öz növbəsində, A. Herkel səfərdə məqsədin Azərbaycanda vətəndaşların Konstitusiya hüquqlarının təsbiti, eləcə də Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı məsələlərin monitorinqini aparmaq olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR