Bank Of Baku

Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün işçi qrup yaradılıb

Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün işçi qrup yaradılıb
# 19 may 2008 14:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün “Azərbaycan Naminə” İctimai Forumun təşəbbüsü ilə Seçki Məcəlləsinə əlavə dəyişikliklərlə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, forumun prezidenti Eldar Namazov bildirib ki, parlamentin müzakirəsinə çıxarılan SM demokratik seçki keçirməyə imkan vermir. ADP sədrinin müavini Taliyət Əliyev demokratikləşmə prosesində geriləmənin müşahidə olunduğunu söyləyib. O, beynəlxalq təşkilatların seçki ilə bağlı məsələlərə biganəlik nümayiş etdirdiyini deyib. Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə müxalifəti vahid cəbhədə birləşməyə çağırıb. Tədbirin sonunda Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin hazırlanması üçün işçi qrup yaradılıb. İşçi qrupa mayın 30-na qədər müxalifətdəki siyasi təşkilatların iştirakı ilə forum təşkil etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR