Bank Of Baku

ABŞ səfiri Azərbaycanın hüquq müdafiəçiləri və QHT rəhbərləri ilə görüşüb

ABŞ səfiri Azərbaycanın hüquq müdafiəçiləri və QHT rəhbərləri ilə görüşüb
# 19 may 2008 15:36 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi bu gün bir sıra hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşüb. Hüquq müdafiəçisi Səadət Bənənyarlı APA-ya bildirib ki, görüşdə ölkədəki ictimai-siyasi durumla bağlı müzakirələr aparılıb, seçkiqabağı vəziyyət və bir sıra başqa məsələlərlə bağlı təkliflər səslənib. S. Bənənyarlı onu da əlavə edib ki, bu, ABŞ səfirinin Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə hər ay keçirdiyi ənənəvi görüşlərdən növbətisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR