Bank Of Baku

AŞ PA həmməruzəçiləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər

AŞ PA həmməruzəçiləri Azərbaycanın ədliyyə naziri ilə görüşüblər
# 19 may 2008 15:55 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova bu gün ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, F. Məmmədov görüşdə ədliyyə sisteminin inkişaf etdirilməsi, penitensiar xidmətin fəaliyyətinin qabaqcıl standartlara uyğunlaşdırılması, saxlanma şəraitinin yaxşılaşdırılması, bu sahəyə ictimai nəzarətin gücləndirilməsi, yeni cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanasının inşası barədə qonaqlara ətraflı məlumat verib. Həmməruzəçilər Azərbaycanda aparılan islahatlardan xəbərdar olduqlarını bildirərək, Avropa Şurası ilə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR