Bank Of Baku

AŞ PA həmməruzəçiləri müxalifəti seçkilərdə iştirak etməyə çağırıblar

AŞ PA həmməruzəçiləri müxalifəti seçkilərdə iştirak etməyə çağırıblar
# 19 may 2008 16:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Bakıda digər həmməruzəçi Yevgeniya Jivkova ilə birlikdə mətbuat konfransı keçirən A. Herkelin fikrincə, hakimiyyət elə şərait yaratmalıdır ki, hər kəs - o cümlədən müxalifət sərbəst toplaşmaq hüququndan istifadə edə bilsin. O, müxalifəti seçkini boykot etməməyə və prosesdə iştiraka çağırıb. Azərbaycandakı seçkiqabağı vəziyyətə toxunan A. Herkel bu məsələdə nikbin olmaq istədiyini söyləyib: “Əgər həbsdə olan üç jurnalist və siyasi məhbuslar buraxılsalar, Seçki Məcəlləsi və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunla bağlı konsensus əldə olunsa, biz normal seçkilər istiqamətində müsbət addımlar atıldığını söyləyə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR