Qafqazda yeni geosiyasi vəziyyət: hara doğru? TƏHLİL
Əslində seçkilərə öz-özlüyündə baş verənlərin səbəbi kimi baxılmamalıdır, çünki bu yalnız dünyada və regionda baş verənlərin tərkib hissəsindən başqa bir şey deyil. Bu gün Ermənistan-Azərbaycan münaqişəsində, eləcə də bütün Cənubi Qafqazda yaranmış vəziyyət fevral ayında Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən sonra meydana çıxan yeni beynəlxalq münasibətlər sisteminin region üzərindəki təsiri kimi qiymətləndirilməlidir. Başqa sözlə, dünyanın fövqəldövlətlərinin və təşkilatlarının ölkələrin ərazi bütövlüyü və xalqların müqəddəratlarını təyinetmə hüququ prinsiplərinin ənənəvi qarşıdurmasına yeni baxışı bütün proseslərin katalizatoru olaraq nəzərdən keçirilməlidir.
Heç şübhəsiz ki, burada mövcud durumda həlledici rolları oynamış yerli şərait və daxili şərtlər də diqqətdən qaçırılmamalıdır:
* Ermənistanın təqib etdiyi status-kvonun qorunması naminə özünütəcrid siyasəti;
* Azərbaycanın əldə etməkdə olduğu böyük neft gəlirlərinin effekti;
* Ermənistanda Qarabağ klanına qarşı erməni cəmiyyətində güclənən narazılıq;
* Azərbaycanın Kosovo təcrübəsinin presedent təşkil etməsindən narahatlığı;
Kosovonun müstəqilliyi ilə barışmayan Rusiya eyni ssenarini Qafqazda təkrarlamaqla hədələyir. Abxaziya və Cənubi Osetiyadakı Rusiya vətəndaşları ilə bağlı son yeniliklər bu planın bir hissəsidir. Bundan narahat olan Qərb isə Kosovonun presedent olmadığını bəyan etməklə yanaşı, regionun tranzit və enerji təhlükəsizliyi kimi strateji əhəmiyyətini nəzərə alaraq regionda mövqelərini möhkəmləndirməyə çalışır. Bunu şərtləndirən başqa bir cəhət isə ilk növbədə “qızılgül inqilabı”nın baş verdiyi müttəfiq Gürcüstanın ərazi bütövlüyünün hədələnməsidir. Buxarest sammitində Ukrayna ilə birlikdə NATO-ya qəbul olunacağına dair yazılı şəkildə rəsmi vəd alan Gürcüstanın Rusiyanın “təsir orbitindən” qəti şəkildə çıxması deməkdir ki, bu da öz növbəsində Qafqazdakı qüvvələr balansını kökündən dəyişir. Başqa sözlə, Qafqazda SSRİ-nin dağılmasından sonra yaranmış geosiyasi sistem yaxın bir neçə ildə yenisi ilə əvəzlənə bilər.
Azərbaycanın son dövrdə izlədiyi “ən yaxşı müdafiə hücumdur” taktikası da yaranmış bu keyfiyyətcə yeni vəziyyətdən öz xeyrinə istifadə etməkdən ibarətdir. Bu durumda Ermənistanda olan zəif daxili sabitlik ölkəmizin ən böyük müttəfiqidir. Ona görə də BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət haqqında” qətnamənin qəbul olunmasının Ermənistandakı prezident seçkiləri sonrası iğtişaşlar ilə eyni vaxta təsadüf etməsinin təsadüfi olduğunu düşünmək sadəlövhlük olardı. Rəsmi Bakı yeni vəziyyətin onun həyati maraqlarını hədələməməsi üçün hüquqi baza yaratmağa çalışır. BMT Baş Assambleyasının məlum qərarı da NATO-nun Buxarest sammitinin yekun qətnaməsinin 43-cü maddəsi kimi məhz bu məqsədə hesablanmışdı. Əgər birinci halda Azərbaycan BMT kimi qurumun dəstəyini təmin etdisə, ikinci halda isə Baş Assambleyada qətnamənin əleyhinə səs verən üç fövqəldövlətdən ikisini də neytrallaşdırmaqla dünyanın ən qüdrətli hərbi ittifaqı olan NATO-nun onun ərazi bütövlüyünə təminat verməsinə nail oldu.
Əlbəttə, nə BMT Baş Assambleyasının qətnaməsi, nə də NATO-nun yekun qətnaməsinin əhəmiyyətini həddindən artıq şişirtmək, nə də kiçiltmək olar. Amma bu tipli qərar və sənədlərin qəbulunun müsbət tərəfi inkar olunmamalıdır. Yeni iqtidarın əslində əvvəlkinin məntiqi davamı olması Ermənistanın Dağlıq Qarabağ siyasətinin dəyişməyəcəyindən xəbər verir. Bunun yaxşı və pis tərəflərinə toxunmadan qeyd etmək lazımdır ki, Ermənistanda daxili vəziyyətin gərginləşməsi, kilsənin, diasporun və cəmiyyətin parçalanması kimi presedentsiz durum Azərbaycana heç vaxt olmadığı qədər geniş siyasi manevr imkanları verir ki, buna nisbətən bənzər vəziyyət yalnız 1999-cu ildə Ermənistan parlamentindəki terror aktı zamanı yaranmışdı. Təsadüfi deyil ki, ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza ABŞ Konqresi yanında Helsinki Komissiyasında Ermənistandakı vəziyyətə həsr olunmuş dinləmələrdə çıxışında deyib ki, Ermənistan “Minilliyin çağırışları” proqramından çıxarıla bilər. Qeyd etmək lazımdır ki, Ermənistan-ABŞ münasibətlərində bu halın analoqu yoxdur.
İndiki durumda məlum prinsiplərdən ibarət Praqa prosesinin fövqünə çıxan Bakı İrəvandan bir addım irəlidədir. Əldə olunan sənədlərdən istifadə edən Azərbaycan danışıqlar masası üzərindəki sənədə təsir etmək imkanı qazanıb. Söhbət Laçın dəhlizinin birgə istifadəsi və Kəlbəcərin taleyi, eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusundan gedir. Bunun üçün ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və danışıqların BMT müstəvisinə keçirilməsi ideyasından təzyiq vasitəsi kimi yararlanacaq. Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolunun inşasının başa çatdırılması isə Ermənistanın blokadasının son elementi ola bilər və İrəvan Azərbaycanın hərbi büdcəsi ilə paralel artan müharibə əhval-ruhiyyəsinin həmin hadisədən sonra gerçəkliyə çevrilməsindən ehtiyatlanır. Xüsusən də Kosovo təcrübəsindən sonra yaranan şəraitdə Dağlıq Qarabağın birtərəfli tanınması Yerevanın mövqelərinin daha da zəifləməsindən başqa nəticə verə bilməz. Ermənistan XİN-in mətbuat xidmətinin keçmiş başçısı Vladimir Karapetyanın fikrincə, növbəti iki ildə rəsmi Bakı Rusiya ilə münasibətlərdə təbii qaz amili, ABŞ-la münasibətlərdə isə İran məsələsindən kart kimi istifadə edə, Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rolu qabarda bilər: “Biz buraxdığımız imkanlar və bugünkü zəifliyimiz, Azərbaycanın yeni regional statusu və ümumi əlverişsiz beynəlxalq şəraitdən irəli gələn yeni vəzifələrlə üz-üzəyik. Bugünkü Azərbaycan ötən əsrin sonunda danışıqlar prosesində iştirak edən Azərbaycandan fərqlidir”.
Daxili siyasət
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Milli Məclisin iclası başlayıb
Xəbər Lenti
Baş katib: Ümid edirik ki, D-8 Media Mükəmməllik Mərkəzi qısa zamanda fəaliyyətə başlayacaq
Azərbaycan Nyu-Yorkda Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda təmsil olunub
Umud Mirzəyev: Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyəti üçün mühüm əməkdaşlıq platformasına çevrilib
Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir
Milli Məclisin sədri Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüşüb
Rumıniya Senatının nümayəndə heyəti Xankəndiyə səfər edib
AMB-də media nümayəndələri üçün maliyyə sektorunda kibertəhlükəsizliklə bağlı təlim keçirilib
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub
Slovakiya Prezidenti Azərbaycana səfərə yola düşüb
Azərbaycanla Ümumdünya Gömrük Təşkilatı arasında əməkdaşlıq müzakirə olunub
İran ordusu Hörmüz boğazının Tehranın nəzarəti altında qalacağını bildirir
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb
IV Şuşa Qlobal Media Forumu: Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti ilə bağlı sessiya keçirilib - FOTO
Milli Məclisin növbədənkənar sessiyasının son iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
Soltan Məmmədov: Prezident Cənubi Qafqazın yeni geosiyasi reallıqlarını beynəlxalq ictimaiyyətə dəqiq şəkildə təqdim etdi
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xankəndidə Zəfər parkını ziyarət edib - FOTO
Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
"LinkedIn": 2019-cu ildən fərdi məlumatların qorunması üzrə birinci yerdəyik
Tramp: İranın nüvə silahı hazırlamaq şansı yoxdur
“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb, indi həbsdədir
Azərbaycanda qaydaların pozulmasına görə ötən il 3,6 mln. video "TikTok"dan silinib
Yeni ixtisas təsnifatı layihəsi üzrə görülən işlər barədə məlumat verilib
Əli Əsədov Rusiyanın səhiyyə naziri Muraşko ilə görüşüb
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Xocalı Soyqırımı Memorialını ziyarət edib - FOTO
Tramp ABŞ-ın Hörmüz boğazına nəzarət edəcəyini və bunun müqabilində pul alacağını bildirib
Media eksperti: Süni intellektlə edilən kiberdələduzluq halları ilə mübarizə aparmaq olduqca çətindir
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
Agentlik sədri: Rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün tədbirlər görülür
“Qadın Dəstək Xətti”nə zənglərin sayı iki dəfə artıb
Boçorişvili: Kallasın Gürcüstanla bağlı bəyanatı təəssüf doğurur
Böyük Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Kənd təsərrüfatı məhsullarının istehsalı müəssisələri üçün ƏMTQ hədləri müəyyənləşir
Balıqçılıq sahəsində nəzarət yoxlamaların dayandırılması rejiminə daxil olmayacaq
Yəmən ordusu İran təyyarəsinin enişini dayandırmaq üçün Səna aeroportunun uçuş-enmə zolağını vurub - YENİLƏNİB
ADY-də "SİMA Pay"dan istifadə edənlərin sayı 9 mini ötüb
Dövlət Xidmətinin əməkdaşı beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilib
Dövlət Agentliyi: Peşə təhsilində əsas mərhələ yeni başlayır
Aİ Moldovaya hava hücumundan müdafiənin gücləndirilməsi üçün 120 mln. avro ayırıb
Bu il narkotiklə bağlı 2848 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 30-u xarici vətəndaşdır
Azərbaycanda 166 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Altı ayda narkotiklərlə bağlı 4434 cinayət faktı aşkarlanıb
Prezidentin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumundan ailə fotosu paylaşılıb
“TikTok” və “LinkedIn” nümayəndələri ilə Azərbaycanla əməkdaşlıq perspektivləri müzakirə edilib
Rusiyada Aİ-95 markalı benzinin qiyməti 24% artıb
Azərbaycanda peşə təhsili üzrə ixtisasların sayı 800-dən 250-yə endirilir
Oğuzda 28 yaşlı kişinin meyiti tapılıb
ABŞ İrana raket zərbəsi endirib, ölənlər və yaralananlar var