Bank Of Baku

Məzahir Pənahov: “Siyasi iddiası olan şəxs depozit qarşılığında prezidentliyə namizədliyini irəli sürməyi özünə rəva bilməməlidir”

Məzahir Pənahov: “Siyasi iddiası olan şəxs depozit qarşılığında prezidentliyə namizədliyini irəli sürməyi özünə rəva bilməməlidir”
# 20 may 2008 11:41 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçilərinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərdə depozitin artırılmasına etirazlarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, depozit qarşılığında namizədliyini irəli sürmək ən azı prezidentliyə iddiası olan şəxsə hörmət gətirməyən məsələdir: “Siyasi iddiası olan şəxs bunu özünə rəva bilməməlidir. Həmməruzəçilərlə görüşdə də seçkinin demokratik keçirilməsi üçün kifayət qədər iş görüldüyünü diqqətə çatdırdım. Onlarla görüşdə hər hansı narazılıq hiss etmədim”. M, Pənahovun sözlərinə görə, bu kimi fikirlər bildirmək prosesə yanaşmadan asılıdır: “Dünya müəyyən demokratik kriteriyalar var. Bizim üçün əsas Azərbaycanda keçirilən seçkinin nəticəsinin Azərbaycan vətəndaşlarını razı salmasıdır. 4-5 il əvvəl beynəlxalq təşkilatlar zərf məsələsini də vacib şərt kimi irəli sürürdülər, biz isə deyirdik ki, lazımsızdır. İndi isə özləri buna ehtiyac olmadığını deyirlər”. M. Pənahov beynəlxalq təşkilatların seçici siyahılarından narazı qalmasını da mümkünsüz sayır: “Seçici siyahıları ilə bağlı bizə heç nə deyə bilmirlər. Çünki Azərbaycanda seçici siyahıları beynəlxalq standartlarda qəbul olunmuş həddən də yaxşı tərtib olunub. Bu kimi söhbətlərin 90 faizi siyasi məna kəsb edir. Nə etsək, yenə də belə fikirlər işlədiləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR