Bank Of Baku

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiası icraata götürülüb

Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə  qarşı qaldırdığı məhkəmə iddiası icraata götürülüb
# 23 may 2008 13:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Müsavat Partiyasının Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı Səbayel rayon Məhkəməsində qaldırdığı iddia icraata götürülüb. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, iddiaya mayın 30-da hakim Famil Nəsibovun sədrliyi ilə baxılacaq. İddia ərizəsində şəhər rəhbərliyinin Müsavat Partiyasının mayın 4-nə təyin etdiyi aksiyanı müəyyən olunmuş yerdə keçirməsinə icazə verməməklə qeyri-qanuni addım atdığı bildirilir və bununla bağlı müvafiq qərar qəbul olunması xahiş edilir. A. Hacılı mayın 18-nə təyin etdikləri kütləvi aksiyanın şəhərin mərkəzi meydanlarında keçirilməsinə icazə vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətinə qarşı daha bir iddia qaldıracaqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR