Bank Of Baku

İsveç baş nazirinin İcra Aparatının rəhbəri Goranboyda siyasi partiya təmsilçiləri ilə görüş keçirib

İsveç baş nazirinin İcra Aparatının rəhbəri Goranboyda siyasi partiya təmsilçiləri ilə görüş keçirib
# 23 may 2008 14:22 (UTC +04:00)
Goranboy. Teymur Zahidoğlu - APA. İsveçin baş naziri Fredrik Reinfeldtin İcra Aparatının rəhbəri Kristoffer Tamsons və Jarl Hjalmarson Fondunun əməkdaşı Katarina Wallberg, həmçinin İsveç Moderat Partiyasın parlament qrupunun məsləhətçisi Peter Linder Goranboyda yerli siyasi partiyaların nümayəndələri ilə görüş keçiriblər. Tədbirdə YAP, AMİP, AXCP və Müsavat Partiyasının rayon təşkilatlarının fəalları və AMİP-in ətraf rayon təşkilatlarının sədrləri iştirak ediblər. Kristoffer Tamsons APA-nın Qarabağ bürosunun müxbiri ilə söhbətində bildirib ki, onların əsas məqsədləri yerlərdə insanların seçki aktivliyinin artırılmasına, siyasi partiyalar tərəfindən aparılan seçki kampaniyalarının idarə edilməsi və planlaşdırılması işinə nəzəri baxımdan kömək göstərməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR