Bank Of Baku

Oqtay Əsədov: “Dövlətlərin yurisdiksiyasından özbaşına çıxmış qanunsuz ərazilər üzərində nəzarət bərpa olunmalıdır”

Oqtay Əsədov: “Dövlətlərin yurisdiksiyasından özbaşına çıxmış qanunsuz ərazilər üzərində nəzarət bərpa olunmalıdır”
# 23 may 2008 14:49 (UTC +04:00)
APA-nın Avropa bürosunun xəbərinə görə, O. Əsədov çıxışının əvvəlində iştirakçıların nəzərinə çatdırıb ki, bir aydan sonra Azərbaycan Milli Məclisi özünün 90 yaşını təntənəli surətdə qeyd edəcək: “Düz 90 il bundan əvvəl, 1918-ci ilin may ayında, Şərq aləmində ilk demokratik və dünyəvi dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.
Bu gün çoxları inana bilmir ki, cümhuriyyətin qanunvericilik orqanı olan Milli Şura müasir dövrün parlamentarizm modelinə tam uyğun gəlirdi. O zaman Azərbaycanda mövcud olan bütün siyasi qüvvələr və ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri Milli Şurada təmsil olunmuşdular. Milli Şura öz fəaliyyətini siyasi plüralizm, bərabərlik, aşkarlıq və digər demokratik prinsiplər əsasında qurmuşdu. Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar və parlament üzvlərinin böyük bir hissəsi Avropada təhsil almış, Avropa dəyərlərini mənimsəmiş insanlar idilər. Təəssüf ki, Avropaya üz tutmuş bu dövlətin ömrü cəmi 23 ay oldu. Demək istəyirəm ki, 70 ildən sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqının yenidən Avropaya üz tutması heç də təsadüfi deyil. Biz həmişə minnətdarıq ki, totalitar rejimin məngənəsindən yenicə çıxdığımız o dövrdə Avropa və onun söykəndiyi dəyərlərin ifadəçisi olan Avropa Şurası bizə əl uzatdı”. O. Əsədovun sözlərinə görə, bu gün Avropada elə ərazilər var ki, orada Avropa Şurası demokratik dəyərlərin keşikçisi funksiyalarını yerinə yetirə bilmir: “Mən davakar etnik separatizm nəticəsində dövlətlərin yurisdiksiyasından özbaşına çıxmış qanunsuz əraziləri nəzərdə tuturam. Ümumi evimizdə demokratik dəyərlərin keşikçisinin görə bilmədiyi və nəzarət edə bilmədiyi heç bir “otaq” qalmamalıdır. Avropada demokratiyanın və insan hüquqlarının üzünə bağlı qapı qala bilməz. Yaddan çıxarmayaq ki, Avropanın hər bir hissəsində demokratiyanın, insan hüquqlarının və qanunun aliliyinin qorunması və inkişaf etdirilməsi üçün həm ölkələr olaraq fərdi məsuliyyət, həm də Avropa Şurası olaraq kollektiv məsuliyyət daşıyırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR