Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə başa çatıb
# 23 may 2008 15:27 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fevralın 8-də 29 dövlət orqanında 476 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan etdiyi müsabiqə başa çatıb. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 26 dövlət orqanı üzrə 324 namizəddən 113-ü bu mərhələni uğurla başa vurub və müvafiq vəzifələrə təyin olunmaq üçün dövlət orqanlarının rəhbərinə təqdim ediliblər. Söhbət mərhələsinin nəticələrinə görə, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya üzrə 7, Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi üzrə 1, Dövlət Sosial Müdafiə Fondu üzrə 2, Təhsil Nazirliyi üzrə 2, Dövlət Dəniz Administrasiyası üzrə 2, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi üzrə 1, Gənclər və İdman Nazirliyi üzrə 2, Nəqliyyat Nazirliyi üzrə 3, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti üzrə 1, Səhiyyə Nazirliyi üzrə 2, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 8, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi üzrə 5, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üzrə 10, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üzrə 4, Mədəniyyət və Turizm Nazirliyi üzrə 5, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi üzrə 6, İqtisadi İnkişaf Nazirliyi üzrə 6, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi üzrə 5, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası üzrə 6, Dövlət Miqrasiya Xidməti üzrə 21, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi üzrə 3, Kənd Təsərrüfatı Nazirliyi üzrə 4, Müəllif Hüquqları Agentliyi üzrə 4, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üzrə 3 namizəd söhbət mərhələsindən uğurla keçiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR