Bank Of Baku

Gəncə və Zaqatalada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyinə həsr olunmuş tədbirlər keçirilib

Gəncə və Zaqatalada Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyinə həsr olunmuş tədbirlər keçirilib
# 23 may 2008 16:14 (UTC +04:00)
Gəncə. Zaqatala. Ayxan Hüseynov, Hafiz Heydərov-APA. Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib. APA-nın Qərb bürosunun məlumatına görə, tədbir 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin inzibati binası kimi fəaliyyət göstərən, hal-hazırda Azərbaycan Kənd Təsərüffatı Akademiyasının baş binası yerləşən tarixi binada baş tutub. Tədbirdə şəhər rəhbərliyi ilə yanaşı ictimaiyyətinə nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan Xalq Cümhuriyyətindən yaranmasından və 23 aylıq fəaliyyətindən bəhs edən sujetlərin nümaiyi ilə başlanılıb. Daha sonra bədii hissə keçirilib. Bədii hissədə Gəncə Kamera Orkestrinin ifasında klassik musiqilər səsləndirilib, populyar müğənni Teymur Əmrah və digərləri çıxış ediblər. Azərbaycan Xalq Cümhuriyyətinin (yaranmasının 90 illiyi ilə əlaqədar Zaqatalada da möhtəşəm yubiley tədbirləri keçirilir. APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunmuş tədbirdə rayon ziyalıları, ağsaqqallar, tələbə və şagirdlər iştirak edib. Tədbir iştirakçıları 1918-ci ildə Məmmədəmin Rəsulzadənin başçılığı ilə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində keçdiyi böyük siyasi yoldan danışaraq, o dövrdə qazanılmış uğurlardan söz açıblar. Tədbir konsert proqramı ilə davam etdirilib. Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Zümrüd Atakişiyeva APA-nın yerli bürosuna bildirib ki, rayonda Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə əlaqədar xüsusi proqram hazırlanıb və yubiley tədbirləri təhsil müəssisələrində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR