Bank Of Baku

Arif Məmmədov: “Aqo” qrupunun prezident seçkilərinə qədər Azərbaycana səfər edəcəyi gözlənilir”

Arif Məmmədov: “Aqo” qrupunun prezident seçkilərinə qədər Azərbaycana səfər edəcəyi gözlənilir”
# 23 may 2008 17:06 (UTC +04:00)
Azərbaycanın AŞ yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov APA-nın Avropa bürosuna bildirib ki, tanışlıq xarakteri daşıyan görüşdə qrupun Azərbaycanla əməkdaşlığının perspektivi, seçkiqabağı vəziyyətlə bağlı müzakirə aparılıb. O. Əsədov seçkilərlə bağlı Azərbaycanda həyata keçirilən islahatlar, qanunvericiliklə bağlı məlumat verib. Spiker ölkə rəhbərliyinin seçkilərin demokratik keçirilməsini istədiyini, Azərbaycanın regionda ən demokratik, şəffaf və Avropa standartlarına uyğun seçki keçirməkdə israrlı olduğunu deyib.
Bundan başqa, görüşdə “Aqo” qrupunun Azərbaycana son səfəri də müzakirə olunub: “Səfərlə bağlı Avropa Şurası Nazirlər Komitəsinə çox müsbət məruzə təqdim edilib, bununla bağlı müzakirə aparılıb. Məruzədə Azərbaycandakı seçkiqabağı vəziyyət ümumən müsbət qiymətləndirilib. Təbii ki, məruzədə milli azlıqlar, alternativ xidmət haqqında qanunların qəbulunun zəruriliyinə də toxunulub. Bu məsələlər Azərbaycan Avropa Şurasına üzv olarkən bizim qarşımıza qoyulmuş öhdəliklər sırasındadır. Bundan başqa, Seçki Məcəlləsinə dəyişiklik edilməsi üçün Venesiya Komissiyası ilə sıx əməkdaşlıq etmək də tövsiyə olunmuşdu. Ümumilikdə bugünkü görüşü çox müsbət qiymətləndirirəm. Biz “Aqo” qrupu ilə gələcəkdə də əməkdaşlığı davam etdirmək haqda razılığa gəldik”.
A. Məmmədov “Aqo” qrupunun yeni sədrinin seçkilərə qədər Azərbaycana səfərinin gözlənildiyini də əlavə edib. “Ola bilsin ki, “Aqo” qrupu seçkiqabağı Azərbaycana səfər etsin. Mənim də səfir Stelian Stoianla ayrıca görüşüm olub. Görüşdə o bildirdi ki, seçkilərə qədər Azərbaycana səfər edə bilər. Qeyd etməliyəm ki, yeni sədr regionu çox yaxşı tanıyır. Ümumilikdə onu çox savadlı diplomat kimi tanıyıram, bir müddət Rumıniya xarici işlər nazirinin müavini işləyib və Rumıniya Prezident Aparatında çalışıb. “Aqo” qrupunun tərkibində dəfələrlə həm Ermənistan, həm də Azərbaycanda səfərdə olub”.
A. Məmmədovun sözlərinə görə, görüşdə Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanunun indiyə qədər qəbul edilməməsi də müzakirə olunub, Azərbaycan tərəfi bu məsələnin yubanmasını ölkənin müharibə vəziyyətində olması ilə izah edib: “Hami anlamalıdır ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. Bu məsələdə tələsmək düzgün olmaz. Az qala hər gün məlumatlar yayılır ki, Ermənistan Silahlı Qüvvələri hansısa istiqamətdə Azərbaycan ordusunun mövqelərini atəşə tutub. Belə bir vəziyyətdə alternativ xidmət barədə danışmaq tezdir. Bununla belə, sülh prosesində irəliləyişlər olsa və biz bir balaca rahatlıq hiss etsək, bu məsələyə də ciddi şəkildə baxmaq olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR