Bank Of Baku

Azərbaycan parlamentinin üzvü İsraildə keçiriləcək tədbirdə iştirak edəcək

Azərbaycan parlamentinin üzvü İsraildə keçiriləcək tədbirdə iştirak edəcək
# 24 may 2008 07:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədr müavini Yevda Abramov İsrail parlamentinin İmmiqrasiya və diaspora məsələləri komitəsinin təşkilatçılığı ilə keçirilən iclasda iştirak etmək üçün sabah Təl-Əvivə yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə “Qafqazdan köçüb getmiş mühacirlərin İsrail cəmiyyətində rolu” mövzusunda müzakirələr keçiriləcək. Y. Abramov müzakirələrdə iştirak edəcək, İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri və Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirəcək. Səfər iyunun 1-də başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR